Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Saday Şəkərli ilə bağlı onlarla müraciətin cavablandırılmaması biabırçılıqdır”

Eldəniz Quliyev: “Bu sayaq münasibət heç kimə baş ucalığı gətirmir”

Tanınmış şair Saday Şəkərlinin həbsindən xeyli müddət keçsə də, şairin azad edilməsi ilə bağlı ölkə başçısı, eləcə də əlaqədar güc orqanları, dövlət qurumlarına ünvanlanan onlarla müraciətin heç birinə hər hansı cavab verilməyib. Bununla bağlı 24saat.org-a açıqlama verən Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin sədri, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev mövcud durumu biabırçılıq kimi xrakterizə edib:
“Sözün doğrusu, Saday Şəkərli ilə bağlı neçə-neçə müraciətlərə bircə dəfə də olsun reaksiya bildirilməməsi artıq təəccüblü yox, biabırçılıqdır. Normal, hətta qeyri-normal ölkədə də bu sayaq laqeyidlik, saymamazlıq nümayiş etdirməzdilər. Adam mat-məətdəl qalır. Hamı bilir, hamı görür, hamı dərk edir ki, şairi şərləyib tutublar, ona açıq-aşkar böhtan atıblar… Amma bircə nəfər rəsmi şəxs,yaxud səlahiyyətli vəzifə adamı durub bircə kəlmə də demir. Yüzlərlə rusiyalı yazıçılar, şairlər, teatr xadimləri müraciət eləsələr də quyuya daş atılıb elə bil… Yüzlərlə yerli qələm əhli, AYB, şairin müdafiə komitəsi üzvləri, oxucular, Sadaysevərlər və daha kimlər… Bu müraciətlər elə bil göyə buraxılan hava şarlarıdı… xəbər-ətərsiz itib gedir…
Hər halda bu sayaq münasibət heç kimə baş ucalığı gətirmir – ilk növbədə ədalətin keşiyində dayandıqlarını bəyan edən prokurorluq və hüquq-məhkəmə sisteminə”.

Seymur Əliyev

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Narkotik ticarətinin arxasında yüksək çinli məmurlar dayanır”

%d bloqqer bunu bəyənir: