Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ŞAD XƏBƏR! Azərbaycanda bəzi rüsumlar ləğv edilir

Azərbaycanda birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği azaldılır, bəzi rüsumlar isə ləğv edilir.


Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin edilməsi təklif edilir.
Hazırda birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği 50 ABŞ dolları olduğu halda, yeni layihədə birdəfəlik giriş vizaları və tranzit vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun məbləğinin 20 ABŞ dolları olması təklif edilir.
Layihədə Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün bəzi dövlət rüsumlarının də ləğvi təklif olunur.
Yeni layihədə qeyd edilir ki, konsul əməliyyatları üçün turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi (dövlət rüsumu 20 ABŞ dollarıdır), tranzit vizalarının rəsmiləşdirilməsi (dövlət rüsumu birdəfəlik tranzit vizası üçün 20, ikidəfəlik tranzirt vizası üçün 40 ABŞ dollarıdır) üçün tələb olunan dövlət rüsumları ləğv edilsin.
Qanunun hazırkı variantına görə, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir. Yeni layihədə isə bu məsələ ləğv edilib.
Dəyişikliklərin məqsədi Azərbaycana əcnəbilərin turizm məqsədi ilə gəlməsini asanlaşdırmaq, ölkəmizin ərazisini tranzit daşımaları üçün əlverişli etmək və xarici ölkə vətəndaşlarının tranzit nöqtəsi kimi seçməkdə marağını gücləndirməkdir.
Qeyd edək ki, “Dövlət rüsumu” haqqında qanuna dəyişiklik Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Asiya İnkişaf Bankı Azərbaycana ayrılan kreditlər barədə

%d bloqqer bunu bəyənir: