Loading...
Loading...

Saçları üzümlə sürətli uzadın

Üzüm bədəni və zehni gücləndirir, unutqanlıqla mübarizə aparır, sinirləri sakitləşdirir, yorğunluğu aradan qaldırır, qəbizliyin qarşısını alır və böyrək daşlarını salmağa yardımçı olur. Bundan başqa, üzüm saçlar üçün də çox faydalı meyvə sayılır.

Belə ki, saçlarının sürətlə uzatmasını istəyənlərə mütəxəssislər üzüm maskasından istifadə etməyi tövsiyə edirlər. Əsl vitamin anbarı olan üzüm saçların sürətlə uzanmasını təmin edir.

24saat.org publika.az-a istinadən bildirir ki, yay aylarında süfrələrin əvəzolunmaz meyvələrindən biri olan üzümün tərkibindəki flavanoidler saçları sağlam və sürətli uzadır.

Üzümlə saç maskası

Xüsusən üzüm tumlarının preslənməsi ilə əldə edilən üzüm çəyirdəyi yağı baş  dərisi üçün çox effektlidir. Ancaq üzüm çəyirdəyi yağınız yoxdursa, üzümdən də istifadə etmək olar.

Saç uzatmaq üçün kimyəvi tərkibli şampunlardansa, təbii bitkilərdən hazırlanan maskalar daha effektli təsir göstərir. Üstəlik, saçlara əks təsir göstərmir. Üzüm maskasını hazırlamaq çox asandır.

Lazım olan vasitələr:

Yarım kq. üzüm
Həvəngdəstə

Hazırlanması və tətbiqi: Üzümləri həvəngdəstədə püre konsistensiyasına gələnə qədər əzin. Tumlarını təmizləməyə ehtiyac yoxdur. Üzümləri tamamilə püre konsistensiyasına gətirdikdən sonra hamama keçin və üzüm püresini baş dərisinə, saç diblərinə və saç uclarına qədər masaj edərək çəkin.

Maskanı çəkəndən sonra saçlarınızı bir dəsmalla və ya şalla bağlayın. Təxminən 20 dəqiqə gözləyin və saçlarınızı yuyun. Saçları nəmləndirən şampundan istifadə etməyi unutmayın. Üzüm maskasını həftədə 2 gün etmək olar. Bir ay ərzində mütəmadi olaraq etsəniz, saçların tez uzanacağını və əvvəlkindən daha sağlam olduğunu müşahidə edəcəksiniz.

Üzümün saçlara faydalarını belə sıralamaq olar:

Üzüm saçları çox tez uzadır, saçların təbii görünüşünü və parlaqlığını qaytarır.

Saç diblərini gücləndirir.

Üzümün faydalarından biri də saç tökülmələrinin qarşısını almasıdır.

Üzüm həm saçları, həm də dərini gözəlləşdirir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Mətanət İsgəndərli Akif Çovdarovun məhkəməsində: Müğənninin başı ağrıya bilər

%d bloqqer bunu bəyənir: