Loading...
Loading...

Saçları sürətlə uzadan 7 ÜSUL

Korlanmış, canlılığını itirmiş və uzanmayan saçlarınızdan şikayət edirsinizsə, narahat olmayın. 24saat.org lent.az-a istinadən saçınızı həm daha sürətli, həm də daha sadə üsullarla uzatmağın yollarını təqdim edir. Bu 7 üsul sizə sağlam və uzun saçlar bəxş edəcək.

Bal və yumurta

1 ədəd yumurtanın sarısını kasaya töküb üzərinə 1 yemək qaşığı bal əlavə edərək, yaxşıca qarışdırın. Qarışımı saçınıza çəkin və 1-1.5 saat gözlədikdən sonra saçlarınızı yuyun. Həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Kök və yumurta

İki dənə kökü rəndələyərək, yarım litr suda qaynadın. Sonra onları ayırın. Suyun içinə 1 dənə yumurtanın sarısını əlavə edib qarışdırın. Əldə etdiyiniz qarışımı saçınıza tətbiq edib, yarım saat gözlədikdən sonra yuyun. Həftədə bir dəfə edə bilərsiniz.

Qırmızı turp və yumurta

Qırmızı turpu rəndələyərək, 2 stəkan suda qaynadın. Su qaynadıqdan sonra soyumasını gözləyin. Sonra 1 yumurtanın sarısını əlavə edin. Bu qarışımı saçınıza sürtüb, 2 saat gözlədikdən sonra yuyun. Həftədə bir dəfə etsəniz, həm saçınızın yağ nisbətini tarazlayar, həm də sürətli uzanmasını təmin edərsiniz.

Kartof, bal və yumurta

Qaynadılmış kartofun suyunu, bal və yumurtanın sarısını yaxşıca bir-birinə qarışdırın və saçınıza tətbiq edin. 1 saat gözlədikdən sonra saçlarınızı yuyun. Həftədə 1 dəfə tətbiq etməklə saçınızın uzanmasına kömək edərsiniz.

Saçlarınızı darayın

Saçları daramaq saç diblərinə masaj edərək qan dövranını sürətləndirəcək və saçlarınızın qidalanmasını təmin edəcək. Səhər-axşam nizamlı olaraq daramaq saçlarınızın uzanmasına kömək olacaq.

Soğan, sarımsaq və darçın

Bir orta boy soğanı, bir neçə diş sarımsağı və çubuq darçını birlikdə qaynadın. Soyuyan suyla saçınızı isladın. Bir az gözlədikdən sonra yuyun. Hər gün suyu yenidən hazırlayaraq tətbiq etsəniz, saçlarınız həm qidalanar, həm də daha sürətlə uzanır.

Aspirin

Aspirini suyun içinə atıb əritdikdən sonra, saçlarınızı o suyla duruladığınızda saçlarınız daha sürətlə uzadar.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Xərçəngdən, ürək xəstəliklərindən qorunmaq üçün yeyin – SİYAHI

%d bloqqer bunu bəyənir: