Advertisements
24 saat

Sabunçu xəstəxanasında əməliyyat olunacaq xəstə həkimləri bıçaqla hədələyib


Azərbaycan Səhiyyə Nazirliyi Bakı Şəhər 3 saylı Klinik Xəstəxanada yaralı xəstəyə həkim tərəfindən yardımın göstərilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, sosial şəbəkələrdə yayılan video iyulun 17-də baş verib.

Onun sözlərinə görə, Mair Əmiraslanov adlı həmin şəxs içkili olub və onun cibində bıçaq olub: “Həkimləri bıçaqlayacağı ilə hədələyən M.Əmiraslanov tibbi heyətin səyləri nəticəsində 15 dəqiqədən sonra əməliyyat otağına aparılaraq əməliyyat edilib. Hazırda xəstənin vəziyyəti kafidir. O, özünə gəldikdən sonra baş verən hadisələrə görə həkimlərdən üzr istəyib”.

Xatırladaq ki, yayılan videoda M.Əmiraslanovun xəstəxanada yerdə uzandığı göstərilir.

Xəstəyə yardım edilməsi üçün qeydiyyat masasında əyləşən xanım isə ona köməyin göstərilmədiyini iddia edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: