Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şabranda neft buruqlarına görə meşələr qırılırmı?

Şabran rayonunun Zeyvə kəndindəki meşələrdə çoxillik qiymətli ağaclar qırılır və neft və qaz buruqları üçün təmizlənir. “Bu barədə Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin üzvü Anar Süleymanov  aznews.az-a məlumat verib. Onun sözlərinə görə, mayın 22-də ailəsi ilə Zeyvə kəndinə istirahətə gedərkən orada ağacların kəsilməsinin şahidi olub və fotolarını çəkib.

Virtualaz.org saytını bununla bağlı araşdırma aparıb və məlum olub ki, həmin ərazidə “Siyəzənneft” Neft-Qazçıxarma İdarəsinin istismar fonduna daxil olan Zeyvə-Zağlı yatağı yerləşir və yataqda böyük nef-qaz ehtiyatları var. Ona görə də həmin ərazidə kəşfiyyat-axtarış quyuları vurmaqla yanaşı, birbaşa istismar quyuları da qazılır. Bəs neft buruqları üçün ağacları kəsməyə ehtiyac varmı? Bunu araşdırmaq üçün Şabran Meşə Mühafizəsi və Bərpası idarəsinin direktoru Bəybala Allahyarovla əlaqə saxladıq. Qurum rəsmisi faktı inkar etməklə yanaşı bildirdi ki, bu barədə deyilənlər qərəzlidir:

“Zeyvə kəndində Ənbir gölü var. Son vaxtlar həmin əraziyə insanlar çox gedir. Biz yanğın təhlükəsi ilə bağlı ora insanları buraxmırıq, gedəndə qeydiyyata alırıq, həm də ancaq piyada gedirik. Həmin gölə istirahətə gedən bir nəfər buruğu görərək fotosunu çəkib. Bir də kəndin içində vətəndaşın həyətinin qarşısında odunla dolu maşının şəklini çəkib. Həmin foto meşədə çəkilməyib. Yəni aydın görünür ki, burada qərəz var”.

Artıq meşənin qırılması ilə bağlı ikinci belə hadisə ilə qarşılaşdıqlarını deyən B. Allahyarovun sözlərinə görə, həmin ağaclar bir kənd sakinin həyətində olan “Kamaz”ın içərisində olub.

“Ora elə erdir ki, orada ağac qırma halları olmur. Siyəzən rayonu beşbarmaq dağından sonra “Azneft yolu” deyilən ərazi var. Həmin ərazidən Qubaya qədər bir neft-qaz yataqları olan zolaq uzanır. Oradan həmişə neft çıxarılıb. Amma bunun üçün ağacları qırmağa ehtiyac yoxdur. Çünki buruq vurmaq üçün yarım sot yer lazımdır. Həm də bu yolun kənarına aiddir, meşənin içərisində deyil”, – deyə B. Allahyarov bildirib.

Mövzunu araşdırmaq üçün SOCAR-ın Siyəzən Neft-Qazçıxarma İdarəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən tapılmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də həmin məlumatın yanlış olduğunu bildirdilər. Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, onların qaynar xəttinə həqiqətən də, belə bir məlumat daxil olub. Amma nazirliyin regional idarəsinin əməkdaşları yerində araşdırma aparıblar və fakt təsdiqini tapmayıb.

Qeyd edək ki, Şabranda qırılmış ağacları görən və fotosunu çəkən A. Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və hadisə haqda ətraflı məlumat verdiyini bildirib. Onun sözlərinə görə, Şabran Rayonunun Polis Şöbəsində ərizə və izahat yazıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

FHN generalının polis oğlu yanacaq mafiyası ilə əlbir olub? – VİDEO

%d bloqqer bunu bəyənir: