Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Sabirabadlı Hikmət”in heç yerdə görmədiyiniz VİDEOSU…

Azərbaycanın ilk kameramanlarından olan Mahir Hüseynbəylinin mərhum “qanuni oğru”  “Sabirabadlı Hikmət”lə aralarında olan söhbətin videosunu feysbuk hesabında yayımlaması diqqət çəkib.

Videoda söhbətin nədən getdiyi anlaşılmasa da, görünən odur ki, 1 saat ərzində maraqlı söhbət olub. Qeyd edək ki, “Sabirabadlı Hikmət” hər zaman cəmiyyət üçün maraqlı şəxs olduğu üçün Mahir Hüseynbəylinin söhbətin nədən getdiyini soruşduq.
Mahir Hüseynbəyli ilk öncə, Hikmətin yüksək fəlsəfi fikirlərə sahib olduğunu diqqətə çatdırdı:
“Onunla söhbətimizdə insan əqidəsinin düzgünlüyündən, həyatda yaşamağın mənası və əsası məqsədindən danışdıq. Hikmət Azərbaycanı çox sevirdi. Vətənpərvər insan idi və bunu söhbət zamanı da gördüm. Hikmət Azərbaycan incəsənəti və mədəniyyəti ilə bağlı böyük məlumatlara malik idi. Tariximizi çox yaxşı bilirdi. Hikmət elmə və oxumağa çox üstünlük verirdi. Özü də dünya ədəbiyyatını oxuyurdu.”
M.Hüseynbəyli  sonradan aralarında səmimi ünsiyyətin yarandığını bildirdi:
“Mən foyede oturmuşdum, ofsiant gəldi ki, sizi Hikmət çağırır və girdim içəri. Dedi ki, Mahir, məni maşınacan yola sal. Ayrılanda dedi ki, sabah vaxtın varsa səni qonaq cağırıram Əyləncə Mərkəzinə. Onunla sabahısı saat 16:00-da görüşdük. Xeyli söhbətlərimiz oldu. Ona arxivimdən kaset hədiyyə etdim. Təşəkkür etdikdən sonra mənim fikirlərlərimin xoşuna gəldiyini söylədi”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

5 yaşlı uşaqları dövlət hesabına məktəbə hazırlaşacaqlar – RƏSMİ

%d bloqqer bunu bəyənir: