Loading...
Loading...

Sabir Rüstəmxanlıdan Qüdrət Həsənquliyevin açıqlamasına şərh : “yolverilməz və qüsurlu”

Sabir Rüstəmxanlı: “Türkiyə haqqında belə müqayisə aparmaq qüsurludur, sualın bu cür qoyuluşu Türkiyəyə qarşı Azərbaycanda ruspərəstlərin təbliğ etdiyi soyuq münasibəti bir qədər də artıra bilər”

BAXCP sədri Qüdrət Həsənquliyev yenə də rusiyapərəst çıxışları ilə yadda qalıb. Belə ki, o Moderator.az-a müsahibəsində yenə də Rusiya ilə razılaşıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), Avrasiya İttifaqı və Gömrük İttifaqına qoşulmalı olduğumuzun vacibliyini bildirib. Bu azmış kimi, Q. Həsənquliyev Türkiyənin də ünvanına mənfi fikirlər səsləndirib. Bildirib ki, Türkiyəyə bağladığımız ümidlər çox zaman özünü doğrultmayıb. Beləliklə görürük ki, BAXCP sədri sanki Moskvada hazırlanmış ssenariyə uyğun olaraq bir tərəfdən Rusiya ilə yaxınlaşmağı təklif edir, digər tərəfdən də Türkiyə əleyhinə fikirlər səsləndirir. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Yenicag.az-a açıqlamasında Q. Həsənquliyev tərəfindən aparılan belə müqayisənin qüsurlu olduğunu söylədi: “Azərbaycanda heç kim Rusiya ilə normal münasibətlərin qorunmasının əleyhinə deyil. Rusiya qonşumuzdur, onunla münasibətlər inkişaf etdirilməlidir. Həmin ölkədə soydaşlarımız da yaşayır. Biz Rusiya ilə münasibətlərin inkişafına qarşı deyilik. Amma yenidən Rusiyanın qucağına, onun hegomon olduğu bir birliyə qayıtmaq Azərbaycana heç nə verməz. Nə 20-ci, nə 30-cu, nə də 90-cı illəri unutmamışıq və unutmalı da deyilik. Bu məsələdə son dərəcədə ehtiyatlı olmaq lazımdır. Digər tərəfdən, başa düşə bilmirəm niyə belə söhbətlər gedəndə həmişə Türkiyə ilə Rusiyanı üz-üzə qoymalıyıq? Ya Türkiyə, ya Rusiya məsələsi, sualı niyə belə qoymalıyıq ki? Hər iki dövlətlə münasibətlərimiz yaxşı olmalıdır. Amma son 200 ildə Rusiyanın tərkibində olduğumuz dövrdə itirdiyimiz insan və mənəvi dəyərləri müqayisə etsək, onda heç zaman Türkiyə haqqında bu sözləri demərik. Türkiyə Azərbaycanın ən ağır günlərində köməyimizə gəlib. Nuru Paşanın ordusu gəlməsə idi bu gün Bakı bizim əlimizdə olmazdı. Ona görə də Türkiyə barədə belə müqayisə aparmaq qüsurlu və yolverilməzdir. Türkiyə qardaşdır, onun imkanlarını real dəyərləndirməliyik. Türkiyə NATO üzvüdür. Onun Rusiya ilə müəyyən ziddiyyətləri də var. Belə olan şəraitdə sualın bu cür qoyuluşu Türkiyəyə qarşı Azərbaycanda ruspərəstlərin təbliğ etdiyi soyuq münasibəti bir qədər də artıra bilər. Qüdrət bəyin bu cür danışığından digərləri başqa məqsədlər naminə istifadə edir. Ona görə də belə bəyanatlar verərkən ehtiyatlı olmaq lazımdır”.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Smit: Xədicə təcili azad edilməlidir

Loading...
%d bloqqer bunu bəyənir: