Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabiq nazirin şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq nazir Nicat Quliyevin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Nicat Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə hökmdən təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətini təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib. Şikayətdə onun barəsində olan cinayət işinin ləğv edilməsi, azadlığa buraxılması istənilib. Lakin Ali Məhkəmə də şikayəti təmin etməyib. Bir müddət əvvəl o, vaxtından əvvəl cəzadan azad olunması barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun ərizəsini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

N.Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

N.Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

“Azəriqaz”dan kütləvi ixtisarlarla bağlı açıqlama – RƏSMİ

%d bloqqer bunu bəyənir: