Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
eli-insanov.jpg

Sabiq nazirin 11 illik cəzası bitdi

Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayətinə baxılıb.

Qaradağ rayon məhkəməsinin 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərardan verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, oktyabrın 11-də Qaradağ rayon Məhkəməsinin qərarı ilə Ə. İnsanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu, onun barəsində başlanılan cinayət işi ilə bağlıdır.
Əli İnsanov 2005-ci ilin oktyabrında “dövlət çevrilişi” ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifəli şəxs tərəfindən məhkəmənin qərarını icra etməmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bu iş üzrə Avropa Məhkəməsinə verilmiş şikayət 2014-cü ilin mart ayında təmin edilib. Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb. Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsi isə onun barəsində olan hökmü dəyişdirməyib.Əli İnsanovun 11 illik həbs cəzasının müddəti oktaybr ayının 20-də bitirdi.

Bu il avqutun 24-də Əli İnsanova yenidən ittiham verilib. Sabiq nazir Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

BMT-də Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə edildi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: