24 saat

Sabiq MTN generalı yeni rekorda yaxınlaşır


 

Akif Çovdarovun təzə qurbanları meydana çıxıb

Hazırda məhkəməsi gedən sabiq MTN generalı Akif Çovdarov şikayətçilərinin sayına görə yeni rekorda yaxınlaşır. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Etibarlı mənbədən daxil olan məlumata görə, hazırda A.Çovdarovun əməllərindən rəsmi şəkildə 60 nəfərin zərər çəkdiyi bildirilsə də, şikayətçilərinin sayı yaxın günlərdə 70-i ötə bilər. Buna səbəb sabiq generalla bağlı yeni şikayətçilərin meydana çıxmasıdır.

Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanları tərəfindən ifadəsi alınan bu şəxslərlə bağlı ibtidai istintaq işi aparılır. İstintaqı davam edən yeni işlərin artıq məhkəməyə təqdim edilən işlərlə biləşdirilməsi nəzərdə tutulur. Bu isə A.Çovdarovun məhkəmə prosesinin aylarla uzanması və ya işin yenidən istintaqa qaytarılması deməkdir. Hansı ki, indiki situasiyada hər iki ehtimalın reallaşma faizi kifayət qədər yüksəkdir.

24saat.org

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: