Now Reading:
Sabiq icra başçısının işinə yenidən baxılır
Full Article 2 minutes read

Sabiq icra başçısının işinə yenidən baxılır



Bakı Apellyasiya Məhkəməsində Qobustan rayonunun sabiq icra başçısı Rafiq Alışov barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keşirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Sahibxan Mirzəyev sədrlik edib. Məhkəmənin baxış iclası iyunun 9-a təyin edilib.

Qeyd edək ki, R.Alışov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. O, Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.

Bu il aprel ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R.Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq icra başçısı apellyasiya şikayəti verib.

Xatırladaq ki, R.Alışov 2013-cü ildə də eyni əməllərə görə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: