Sabiq deputatının həyətindən partlayıcı maddə tapılıb


Gürcüstanda fəaliyyət göstərən “Respublika Partiyası”nın üzvü, 2008-2012-ci illərdə parlamentin deputatı seçilmiş Roman Marsaqişvilinin Msxeta-Mtianeti rayonu, Arşa kəndindəki evinin həyətindən trotil aşkar edilib.

24saat.org APA-ya istinadən xəbər verir ki, bu barədə “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının parlamentdəki təmsilçisi Karlo Kopaliani bildirib.

K. Kopaliani bildirib ki, partlayıcı qurğu bir neçə il əvvəl Roman Marsaqişvilinin siyasi fəaliyyəti zamanı onun həyətinə qoyulub: “Biz müxalifət deputatları olaraq əvvəlki hakimiyyət tərəfindən (Vahid Milli Hərəkat partiyasından) təzyiqlərə məruz qalırdıq. İstisna etmirəm ki, bu partlayıcı qurğu Roman Marsaqişvilini partlatmaq üçün qoyulub. Mən ona hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı məsləhət gördüm. Artıq polis əməkdaşları onun həyətində olan partlayıcı qurğunu götürüblər”, K. Kopaliani bildirib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Pakistan taliblərinin lideri öldürüldü

%d bloqqer bunu bəyənir: