Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
56549

Sabiq əməkdaşının ANS-ə qarşı şikayətinə baxıldı

“ANS Müstəqil Yayım və Media” Şirkətinin keçmiş əməkdaşı, kompüterçi-montajçı Sərxan Vəliyevin həmin şirkətə qarşı iddiası üzrə qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən S.Vəliyev “ANS Müstəqil Yayım və Media” Şirkəti tərəfindən montajçı xidmət haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini istəyib. O, aprel-may aylarına maaşa görə 870 manat, dtmiş mənəvi zaiyana görə isə 5000 manat ödənilməsini xahiş edib. Məhkəmə iddianı qismən təmin edərək, ANS-in S.Vəliyevə ikiaylıq əməkhaqqını, faiz kimi 45 manat və məhkəmə xərclərinə görə, 10 manat ödəməsi barədə qərar çıxarıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədrliyi ilə baxılan şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, ANS Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə müsahibəyə görə bağlanıb.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.

18 iyul 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının iclasında ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilib, həmçinin “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb və lisenziyanın qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət edilib. Qurumun açıqlamasında vurğulanır ki, 29 iyulda Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə müraciətə baxılıb və təmin edilib. ANS-in qərardan verdiyi kassasiya şikayəti isə Ali Məhkəmə tərəfindən təmin edilməyib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məktəblilərin payız tətili günləri açıqlandı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: