Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabahın hava PROQNOZU – 39 dərəcə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz  31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz  33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində – 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 35-40% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  34-39°, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Gülhanə Hərbi Tibb Akademiyasının adı dəyişdirildi

%d bloqqer bunu bəyənir: