Loading...
Loading...
45219

Sabahın hava proqnozu

Bəzi rayonlarda sulu qar, qar yağacaq
Bakı və Abşeron yarımadasında noyabrın 18-də arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə  7-9° isti, gündüz  10-12° isti, Bakıda gecə  7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 17-si axşamdan 20-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli və tutqun hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, duman olacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti,  gündüz  8-13° isti, dağlarda gecə  3° şaxtadan 2°-dək isti, gündüz  4-9° isti olacağı gözlənilir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Dünyada nadir hadisə: Azərbaycanlı ana 5 uşaq dünyaya gətirdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: