Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabahın hava PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasındahava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 11-16 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz – Sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 25-i gündüz, 26-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Röya efirə içkili çıxıb? – VİDEO

%d bloqqer bunu bəyənir: