Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bs.jpg

Sabahdan kompensasiyalar verilir

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, lisenziyası ləğv edilmiş “Bank Standard” Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə oktyabrın 11-i saat 10:00-dan etibarən başlanılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən “verilən məlumata görə, “Bank Standard” Kommersiya Bankının əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilkin mərhələdə 20 min ABŞ dolları məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qorunan əmanətlər öz valyutasında ödəniləcək. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (4 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq.

Kompensasiyaların ödənişi “Bank Standard” Kommersiya Bankının baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçiriləcək.

“Bank Standard” Kommersiya Bankında qorunan əmanətlərin hamısı tam şəkildə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək. Əmanəti qorunan əmanətçilər 1 il ərzində istənilən vaxtı müraciət edərək kompensasiyalarını ala bilərlər.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Məktəb direktoru "150 süpürgə"dən danışdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: