Loading...
Loading...

Sabahdan hava mülayimləşəcək

İyulun 13-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

24saat.org  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözləinilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20°, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.

İyulun 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Adları prezidentə verilən məmurlar – Nazir torpaqların zəbt edilməsindən danışdı – EKSKLÜZİV

Loading...
%d bloqqer bunu bəyənir: