Sabahdan bu küçələr bağlanacaq – Sürücülərin nəzərinə


Sürücülərə alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi (Dakar meydanı) iyunun 4-ü səhər saatlarından təmir işləri ilə əlaqədar hərəkətə tam bağlanacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər-hansı məhdudiyyət tətbiq edilmir.

“Azəravtoyol” vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini məsləhət görür.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

“iPhone 7” modellərinin qiyməti məlum oldu

%d bloqqer bunu bəyənir: