Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
45219

Sabaha olan HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi  əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz  9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-7° isti,  gündüz  8-12° isti, dağlarda gecə  0-5° şaxta, gündüz  0-5° isti olacağı gözlənilir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

BİABIRÇILIQ: Qafqaz Müsəlmanları İdarəsi Xocalı və Zəngilanın işğalını unutdu – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: