Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
fft99_mf5711782

Sabaha olan HAVA PROQNOZU

Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-13° isti, gündüz 15-19° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 11-12- də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Tikintiyə icazə yeni qaydalarla veriləcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: