Sabaha mülayim hava gözlənilir


Aprelin 23-ü Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Yağıntı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeron yarımadasında gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda isə gecə 8-10, gündüz 17-19 dərəcə isti gözlənilir.

Sabah ölkənin rayonlarında da hava mülayim olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qısa müddətli yağış gözlənilir. Gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Metropoliten zərərlə işləyir

%d bloqqer bunu bəyənir: