Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Sabah tələb edəcəklər ki, siz də bizim kimi olun, əks halda sizi məhv edərik?”

Vaxtilə ateist olmağımın səbəblərindən biri Səmavi Kitablarda homoseksualların hökmranlıq etdiyi şəhərlər haqqındakı rəvayətlər olub.

Məsələn, Quranda Lut Peyğəmbər tayfasına belə müraciət edir: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!” (7:80-81)
Düşünürdüm ki, heç elə şey ola bilərmi ki, kişilər kütləvi şəkildə qadınları qoyub kişilərə üstünlük versin?! Müasir dövrümüz şübhələri tam aradan qaldırır. Əvvəlcə bizə təlqin etdilər ki, homoseksuallıq günah deyil, xəstəlikdir, onlarla işiniz olmasın. İndi isə deyirlər ki, onların təbliğatına, ailə qurub uşaqları övladlığa götürmələrinə imkan verin. Sabah da tələb edəcəklər ki, siz də bizim kimi və bizimlə olun, əks halda sizi məhv edərik? Halalı və haramı bizə ən yaxşı şəkildə izah edən və göstərən Rəbbimizə həmd olsun!
Əkrəm Həsənov, bank məsələləri üzrə ekspert

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Maliyyə Nazirliyindən KİV-ə – Xəbərdarlıq

%d bloqqer bunu bəyənir: