Sabah razılıq olmasa, neft 20 dollardan aşağı düşə bilər


Neft hasil edən ölkələrin sabah Əlcəzairdə keçiriləcək sammitində hasilatın azaldılması və yaxud dondurulması ilə bağlı hər hansı qərar qəbul olunmasa dünya bazarında neftin hər barelinin qiyməti 20 dollardan da aşağı düşə bilər.

Bu barədə Venesualanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino “Russia Today” televiziyasına müsahibəsində bildirib.

“Biz hazırda neftin ucuzlaşmasının qarşısını almaq üçün Səudiyyə Ərəbistanı və İranla davamlı təmaslardayıq. Sabaha qədər müsbət qərar qəbul edə bilməsək, hasilatçı ölkələrin arasındakı mövcud qiymət müharibəsi bazarda qiymətin 20 dollar/bareldən aşağı düşməsinə səbəb olacaq”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, sentyabrın 26-da Nigeriyanın neft naziri Emmanuel Kaçikvu OPEC üzvü ölkələrin görüşünün sentyabrın 28-də baş tutacağını bildirib. Görüşdə neft hasilatının dondurulması məsələsi müzakirə olunacaq. (Report)

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Komitə sədrindən idman federasiyalarına ittiham

%d bloqqer bunu bəyənir: