Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101355

Sabah güclü yağış olacaq – Xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 16-20, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Xəbərdarlıq

Oktyabrın 12-13-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bu gün güclü yağış yağacaq – Xəbərdarlıq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: