Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Sabah facebooku da bağlayıb qulağınızı kəsəndə nəyə sevinəcəksiniz?!”

Demək istədiklərimi qələmə alan, paylaşmağıma icazə verməyən bir gəncin yazısını olduğu kimi diqqətinizə çatdırıram:

“Emosional statuslar yazmıram. Ailəmin kifayət qədər ictimai fəal üzvləri var. Ancaq bu gün ANS-in bağlanmasına sevinənlər məni dəhşətə gətirdi. Heç özünüzə sual verirsinizmi ‪#‎ANS‬ bu gün niyə üç meymunu oynayır? Axı bu kanal bu gün diri-diri danışanlardan, Qarabağ deyib bağıranların əksəriyyətindən fərqli olaraq müharibə keçib, müharibənin tarixini lentə alıb, sənədləşdirib. Bu gün dünyaya göstərəcəyimiz beş-üç şəkil, bir-iki lent yazısı varsa ANS-in sayəsində! Əminəm ki, aranızda “ANS-in yox, rəhmətlik Çingiz Mustafayevin sayəsində” deyənlər də olacaq… Etməyin! Təxminən 10-12 il bundan əvvələ qədər ölkədə baş verən bütün ictimai-siyasi hadisələri canlı yayımdan izləyirdik axı. Dəyişən nədi?!
ANS bu ölkənin, bu millətin müstəqilliyinin ilk carçısıdır, ANS-in tarixi var, ANS tarix yazdı! ANS bağlananda ona dəstək olmayan, məhvini əngəlləməyən millət, bu gün evləri söküləndə ANS-in niyə onun yanında olmamasından gileylənir.
Bu gün ANS-in bağlanmasına sevinənlər, sabah facebooku da bağlayıb qulağınızı kəsəndə nəyə sevinəcəksiniz?!”
Aslan İsmayılov, tanınmış hüquqşunas

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Bunu da etməsələr, onda Şura lazımsız qurum olacaq” – EKSPERT

%d bloqqer bunu bəyənir: