Loading...
Loading...

Sabah bu ərazilərdə su olmayacaq

Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, bununla əlaqədar sabah gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun Ramana, və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaqdır.

Müvəqqəti narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bürclər – 9 SENTYABR

%d bloqqer bunu bəyənir: