Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabah bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Hacıqabul, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Virtualaz.org SOCAR-ın saytına istinadən məlumat verir ki, iyulun 27-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Kürdmaşı”, “İvanovka” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Dəhnəxəlil”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, ”Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağdaş rayonunun Dəhnə, Çüyə, Şəkili və Ərəbocağı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Masallı, Lənkəran və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Avtomobil nömrələri ilə bağlı YENİLİK – VİDEO

%d bloqqer bunu bəyənir: