Now Reading:
Sabah bu ərazilərdə təbii qaz olmayacaq
Full Article 30 second read

Sabah bu ərazilərdə təbii qaz olmayacaq



Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

24saat.org SOCAR-ın saytına istinadən məlumat verir ki, avqustun 26-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Sumqayıt”, “Yaşma” və “Giləzi” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Abşeron rayonunun Yaşma bağ massivi və Tağıyev qəsəbəsinin, Siyəzən rayonunun Beştam, Qara Siyəzən, Zarat və Çandahar, Xızı rayonunun Şurabad, Yeni Yaşma və Sitalçay kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: