24 saat

Sabah bu ərazilərdə qaz olmayacaq


Bakının bir hissəsində, Ağdaş və Zaqatala rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qurumdan bildirilib ki, aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş diametri 76 millimetrlik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 21-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş və Zaqatala rayonlarının, eləcədə Bakı şəhərinin Xəzər rayonunun Qala və Şüvəlan qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: