Loading...

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Abşeron və Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan APA-ya verilən məlumata görə, iyulun 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə (Xaşa-xuna)” və “Zeytun”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Ovçubərə”, “Göytəpə”, “Cəlilabad”, “Günəşli” və “Biləsuvar” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Loading...

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşa-Xuna, Zeytun və Şüvəlan qəsəbələrinin, o cümlədən, Biləsuvar, Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

Nanə yağının müalicəvi xüsusiyyətləri – RESEPTLƏR

%d bloqqer bunu bəyənir: