Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabah Bişkekdə MDB hökumət başçılarının toplantısı keçiriləcək

Sabah Qırğızıstan paytaxtı Bişkek şəhərində MDB hökumət başçılarının toplantısı keçiriləcək.

24saat.org “Azadlıq” radiosunun Qırğızıstan redaksiyasına istinadən xəbəır verir ki. Rusiya baş naziri Dmitri Medvedev artıq Bişkekdədir. Rəsmi səfər çərçivəsində o, qırğızıstanlı həmkarı Almazbek Atambayevlə görüş keçirəcək.

Baş nazirlər şurasının iclasında 22 məsələ müzakirə olunacaq və 7 sənəd imzalanacaq. Görüşdə Belarus, Qazaxıstan, Tacikistan, Moldova və Rusiya baş nazir, Azərbaycan, Ermənistan, Türkmənistan və Özbəkistan isə baş nazirin müavini səviyyəsində təmsil olunacaqlar.

Bundan başqa, hökumət başçılarının görüşündə Ukraynanın Bişkekdəki səfiri və MDB İcra Komitəsinin başçısı iştirak edəcəklər.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

“Lukoil” vitse-prezidentinin oğlu ilə “avtoşluq” edən erməni qızı yenə xuliqanlıq etdi

%d bloqqer bunu bəyənir: