Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabah Bakının Xətai rayonunda qaz təchizatında məhdudiyyətlər yarana bilər

Sabah Abşeron və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan verilən məlumata görə, avqustun 17-də saat 12:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə” və Astara magistral qaz kəmərləri sahəsinin “Tüklə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Masallı rayonun Tüklə, Zövlə, Boradigah və Bəndəlan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Yataqxanasız universitetlərin büdcədən aldığı milyonlar

%d bloqqer bunu bəyənir: