Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq

Sentyabrın 2-də Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

24saat.org SOCAR-ın saytına istinadən bildirir ki, sabah saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə”, həmçinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac” və “Xızı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Xətai rayonunun Keşlə və NZS qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Xızı rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bürclər – 2 SENTYABR

%d bloqqer bunu bəyənir: