Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 11-də bəzi yerlədə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam intensiv olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, mayın 11-i 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanın birinci ailəsinin şəxsi mülklərinin siyahısı – Araşdırma

%d bloqqer bunu bəyənir: