Now Reading:
Sabah Bakıda yağış yağacaq
Full Article 50 second read

Sabah Bakıda yağış yağacaq



Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən məlumata görə, gün ərzində paytaxt və yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.

İyunun 1-də Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 14-19, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza əsasən iyunun 1-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: