Advertisements
24 saat

Sabah Bakıda temperatur 29 dərəcəyə qədər yüksələcək


Mayın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 24saat.org-a verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 16-18 dərəcə isti, gündüz 27-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: