Sabah Bakıda bəzi yollar bağlı olacaq

Sabah “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun sona çatması ilə əlaqədar olaraq, paytaxtda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından virtualaz.org-a verilən məlumata görə, mayın 8-də səhər saat 09:00-dan 12:00-dək Bakı şəhərində Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Buzovna – Bilgəh – Zuğulba – Buzovna – Hava limanı şosesi marşrutu üzrə, saat 09:00-dan 15:30-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçərişəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdi Hüseyn küçəsi – Parlament prospekti – Hüseyn Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

“Atlas” klinikasında soyğunçuluq – Faktlar

%d bloqqer bunu bəyənir: