Now Reading:
Sabah Bakıda arabir yağış yağacaq
Full Article 40 second read

Sabah Bakıda arabir yağış yağacaq



İyunun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 23-25 dərəcə isti olacaq.

İyunun 2-də Azərbaycanın rayonlarında – bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 14-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: