Sabah Bakıda 27 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən məlumata görə, paytaxt və yarımadada gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 26-da hava şəraiti əsasən yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacagı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ayın 26-27-də amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

24saat.org
Loading...

Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO

Sonrakı Yazı »

Sabiq məmur oğlu vəhhabilərə niyə üç milyon avro verib? – ŞOK TƏFƏRRÜAT

%d bloqqer bunu bəyənir: