24 saat

Sabah Bakıda 26 dərəcə isti olacaq


Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 24saat.org-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 11-16, gündüz 23-28, Bakıda gecə 13-15, gündüz 24-26 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: