Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən məlumata görə, paytaxt və yarımadada şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında mayın 21-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi metereoloji məlumata görə, mayın 21-23-də Abşeron yarımadasında metereoloji amillərin zəif və mülayim tərəddütü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qusarda torpaq sürüşməsi baş verdi

%d bloqqer bunu bəyənir: