Sabah bəzi rayonlarda təbii qaz olmayacaq


Sentyabrın 9-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Ceyranbatan” və Qazax magistral qaz kəmərləri sahəsinin “Köçəsgər”, “Bayramlı” və “Samux” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə məlumat SOCAR-ın rəsmi saytında yerləşdirilib.

Təmir müddətində Abşeron rayonunun Сeyranbatan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir, Samux və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Təhsil Nazirliyi: Məktəbli geyiminin alınması məcburi ola bilməz

%d bloqqer bunu bəyənir: