Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabah 42 dərəcə isti OLACAQ

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 24saat.org-un məlumatına görə, avqustun 10-da şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 25-30 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Köçkün uşaqlarının “çörəkpulu” kəsildi – Hökümət qərar verdi

%d bloqqer bunu bəyənir: