Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sabah 29 dərəcə isti gözlənilir

Mayın 5-i Bakı və Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ancaq gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 10-15, gündüz 19-23 dərəcə isti olacaq. Bakıda isə gecə 12-14, gündüz 20-22 dərəcə isti gözlənilir.

Sabah ölkənin rayonlarında da ciddi yağıntı olmayacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı deyilir. Gecə 10-15, gündüz 24-29, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Beyləqanda tualetin açılışı oldu – RƏZALƏTİN FOTOLARI

%d bloqqer bunu bəyənir: