Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Saakaşvilinin xüsusi təyinatlılarla belə savaşır – VİDEO

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin xüsusi təyinatlılarla mübahisəsini və onları təhqir etməsini əks etdirən video yayılıb.

Saakaşvili Gürcüstanın Ukraynadakı keçmiş baş konsulu Teymuraz Nişnianidzenin saxlanıldığı kabinetinə girməyə çalışarkən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə yaşanıb.

Saakaşvili özünün Feysbuk səhifəsində baş verən hadisənin təfərrüatını yazıb.

Mer bildirib ki, o, UTX əməkdaşlarının axtarışı zamanı bağlı qapı arxasında qalan işçilərini xilas etmək üçün otağa girmək istəyib: “Biz əməkdaşlarımızı xilas etmək üçün qapını sındırdıq. Baş verənləri UTX-nin əməkdaşları özləri kameraya çəkdilər. Onları protokol otağında ac-susuz, kənar aləmlə ünsiyyətsiz, vəkilsiz saxlayırdılar”.

Mer bildirib ki, bu həbsi “Kiyevin oğruları” öz zibillərinin üstünü örtmək üçün sifariş veriblər (Axar.az).

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğunun müstəntiqləri UTX-nin əməkdaşları ilə birgə Gürcüstanın Ukraynadakı baş konsulluğunun səlahiyyətli əməkdaşlarının 2012-2013-cü illərdə həyata keçirdiyi qanunsuz ƏDV (əlavə dəyər vergisi) əməliyyatları faktı üzrə cinayət işi ilə bağlı axtarışlar aparır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Poroşenko Rasmusseni özünə müşavir təyin etdi

%d bloqqer bunu bəyənir: