Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
saakas-ukr

Saakaşvili pulunun və obyektlərinin sayını açıqladı

Odessanın qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gəlir deklarasiyasında nə qədər sərvəti olduğunu açıqlayıb.

Saakaşvili deklarasiyada Gürcüstandakı 7417 kvadratmetrlik obyektini, Odessadakı xidmətini otağını göstərib.

Bundan başqa, onun Gürcüstanda 6820 və 500 kvadratmetrlik iki torpaq sahəsi, 97 kvadratmetrlik mülkü, Odessada 54 kv.m.-lik mənzili var.

Ötən il o, Odessa qubernatoru kimi 38 min 601 qrivna maaş alıb.

Deklarasiyaya görə, «Societe General» bankındakı hesabda Saakaşvilinin 57 min dollar nağd pulu var.

İNG bankda isə oğlunun adına 35 min avro var. Həyat yoldaşı Sandra Rulovsun Gürcüstandakı bank hesabında 13 min avronun, adına 280 kv.m.-lik mənzilin olduğu bildirilir.

Keçmiş prezident deklarasiyada «Rolex Deepse» və «Hublot» qol saatlarını da qeyd edib.

Azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bağdadda güclü partlayış baş verib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: