Advertisements
24 saat

Saakaşvili istefa verdi


Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verib.

Bunu jurnalistlərə açıqlamasında Saakaşvilinin özü söyləyib. O, istefasına əsas səbəb kimi Ukrayna Prezidenti Pyotr Poroşenkonun ona verdiyi sözləri yerinə yetirməməsini göstərib:
“Məni Ukraynada olduğu qədər heç yerdə aldatmayıblar. Prezidentin söz verib, yerinə yetirmədiyi vədlərdən artıq bezmişəm. Belə olan halda mən istefa verib, yeni mübarizə mərhələsini başlatmaq istəyirəm”.
Qeyd edək ki, Saakaşvilinin tərəfdarı olan Odessa polisinin rəhbəri Georgi Lortkipanidze də istefaya getmişdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: