Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Saakaşvili İstanbul terrorunda Gürcüstanı ittiham etdi

“Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyəti həbsdən buraxıb”.

ANS -in məlumatına görə, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Atatürk hava limanında hücumda şübhəli bilinən, əslən Çeçenistandan olan Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.

“Mən Gürcüstanda hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Əhməd Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı da dünyasını dəyişmişdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişərkən, rəhbər vəzifəsinə rusiyalı oliqarx Bidzina İvanişvili keçəndə, yeni hökumət bir çoxları kimi onu da siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxmışdı. Mən o zaman hələ də prezident idim və onun azadlığa buraxılmasına etiraz etdim. Lakin prokurorluq bu etirazı ləğv etdi. İndi o, çoxlu günahsızın ölümünə səbəb oldu”, – Mixail Saakaşvili yazıb.

Saakaşvili qeyd edib ki, hücum ərəfəsində onun 10 yaşlı oğlu da aeroportun terminalında olub. Odur ki, qubernator həmin faciədə ölən və yaralananların acısını anlayır.

Xatırladaq ki, iyunun 28-də Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. Üç kamikadze hava limanına əllərində “Kalaşnikov” avtomatı ilə daxil olublar. Onlar qarşılarına çıxanları güllələyiblər, daha sonra üzərlərinə bağladıqları bombanı partladıblar.

Hadisə nəticəsində 44 insanın öldüyü, 239-a yaxın insanın isə yaralandığı deyilir.

Bu ana qədər terror hadisəsi ilə bağlı 13 nəfər saxlanılıb. Onlardan 9-nun türk, üçünün isə əcnəbi olduğu deyilir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Nazir yenidən cəbhə zonasında: daha bir hərbi hissə istifadəyə verildi

%d bloqqer bunu bəyənir: